...

PwC şirkətinin 2011-ci il üzrə qlobal gəlirləri 29.2 milyard ABŞ dollari təşkil etmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend /

Dünyanın aparıcı peşəkar xidmətlər şəbəkəssi olan PwC şirkətinin 30 iyun 2011-ci il tarixindəə tamamlanan maliyyə ili üzrə ümumi gəlirləri 2010-cu maliyyə ili ilə müqayisədə 10% artaraq 29.2 milyard ABŞ dolları təşkil etmişdir.

Bu, beynəlxalq şəbəkəmizin 2008-ci ildən bəri ümumi gəlirlərinin ən yüksək artım dərəcəsidir. PwC beynəlxalq şəbəkəsinin 2011-ci maliyyə il üzrə gəllirləri sabit valyuta məzənnələrinə əsasən 8% artmışdır.

Gəlirlərin artımı ilə yanaşıı PwC həmçinin səriştəli işçiləri işə götürərək ümumi işçilərinin sayını təxminən 169,000 nəfərə çatdırmışdır. PwC bundan sonra da ən qabaqcıl mütəxəssislərin işə cəlb edilməsinə xüsusi əhəmiyyət verəcəkdir: 2012-ci maliyyə ilində şirkətimiz qlobal şəbəkə üzrə rekord sayda 20,000 nəfər məzunun işə götürülməsi və onlara təlimlərin keçirilməsini planlaşdırır. Bundan əlavə, PwC beynəlxalq şirkətlər şəbəkəsində 10,000 nəfər tələbə təcrübə keçəcək.

"PwC" şirkətində məqsədimiz aydındır. "Biz təkcə gəlirlər baxımından deyil, həmçinin işimizin keyfiyyəti, işçilərimizin səriştəsi və brendimizin gücünə görə dünyada peşəkar xidmətlərin göstərilməsi üzrə aparıcı beynəlxalq şirkət olmaq istəyirik"

PricewaterhoushouseCoopers International Ltd şirkətinin Prezidenti Denis Nelli bildirmişdir.

"Şəbəkəmizin ümumi gəlirlərinin yüksək artım göstəriciləri ən qabaqcıl mütəxəssislərin işə götürülməsi, onların inkişafına və təliminə investisiyaların qoyulması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə PwC şirkətlərinin birbaşa səylərinin nəticəsidir.

"PwC peşəkar xidmətlərinn göstərilməsi sahəsində ən güclü beynəlxalq şirkətlər şəbəkəsinə və ən istedadlı mütəxəssislərə malikdir. Bu vəhdət bizə maraqlı tərəflərə təklif edə biləcəyimiz işin keyfiyyəti baxımından rəqaqabətdə real üstünlük verir", Denis Nelli əlavə etmişdir. PwC beynəlxalq şirkətlər şəbəkəsinin audit xidmətləri üzrə ümumi gəlirləri 7% artaraq 14.1 milyard ABŞ dolları təşkil etmişdir. Bu, dünyadada xüsusilə audit və mühasibat uçotu sahəsində xiidmətlərin dəyərinə mənfi təsir göstərən və real artım templərini gizlədən sərt rəqabəti nəzərə alsaq, mükəmməl nəticədir.

Əlbəttə, rəqabətli qiymətlər mühüm amildir. Lakin, PwC şirkətinin audit praktikası yalnız xidmətlərin dəyəri ilə deyiil, ilk əvvəl onların keyfiyyəti ilə qiymətləndirilir. PwC şirkətləri 2011-ci maliyyə ili ərzində xidmətlərin keyfiyyətinə əhəmiyyətli dərəcədə investisiya qoyluşunu davam etdirmişdir və belə investisiyalar 2012-ci maliyyə ilində artırılacaqdır.

PwC şirkətinin bütün dünya üzrə məsləhət xidmətləri praktikasının gəlirləri 2011-ci maliyyə ilində əhəmiyyətli dərəcədə artaraq (20%-ə qədər) 7.5 milyard dollar təşkil etmişdir. Belə bir nəzərə çarpan artım xüsusilə PwC şirkətinin ABŞ üzrə məsləhət xidmətləri praktikasının fəaliyyəti, eləcə də dünyanın bir sıra ölkələrində məsləhət xidmətləri biznesində strateji alışların nəticəsində mümkün olmuşdur.

2011-ci maliyyə ilində PwC şirkətinin vergi praktikasının gəlirlərində 8% artım müşahidə edilmişdir. Belə ki, ümumi gəlir 7.6 milyard dollar təşkil etmişdir ki, bu da vergi uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun hesabatların hazırlanması sahəsində tələbin artması ilə əlaqədar olaraq beynəlxaq şəbəkəmizdə vergi praktikasının işinin sabitliyini əks etdirir.

"PwC şirkətinin 2011-ci maliyyə ili üzrə nəticələri bir daha göstərir ki, müştərilərimiz sürətlə dəyişən iqtisadi şəraitdə göstərdiyimiz xidmətlərin keyfiyyətini yüksək qiymətləndirir" deyə cənab Nelli bildirmişdir. "Biz, şirkətlərimizin çətin vaxtlarda öz mövqelərini qoruması məqsədilə tədbirlər görməsi üçün 2012-ci maliyyə ilində artım tempimizin sabit olacağına ümid edirik."

PwC beynəlxalq şəbəkəsinnin bütün regionlarında artım müşahidə edilmişdir. Belə ki, Asiya regionunda bu göstərici 14%, Avstraliya və Sakit okeanı regionunda 38%, Yaxın Şərq və Afrikada isə 20% təşkil etmişdir. Müəyyən fasilədən sonra PwC Şimali və Cənubi Amerika şirkətlərinin ümumi gəlirləri artaraq Şimali Amerikada 10%, Cənubi və Mərkəzi Amerikada isə 23% təşkil etmişdir ki, bu da əvvəlki dövr ilə müqayisədə iki dəfə çoxdur.

PwC şirkətlərinin Qərbi (4%), Mərkəzi və Şərqi Avropadada (7%) ümumi gəlirlərində artım nisbətən az olmuşdur. Lakin mövcud iqtisadi şəraitdə bu yaxşı nəticədir.

PwC Azərbaycan 1995-cii ildə Azərbaycanda təsis edilmiş ilk beynəlxalq peşəkar xidmətlər göstərən şirkətlərdən biridiir. Şirkətimizin hazırda 5-dən artıq ölkədən 140 mütəxəssisi göstərilən bütün xidmətlərimizdə mükəmməliyə nail olmaq üçün peşəkar xidmətlər göstərir. 29 ölkədə 48 ofisi və təxminən 7.000 işçisi ilə düşüncəni, təcrübəni və çözümləri bölüşərək, PwC Azərbaycan Mərkəzi və Şərqi Avropa və MDB ölkələrinə tam inteqrasiya olunmuş PwC Şəbəkəsinin Avrasiya regionunun bir hissəsidir.

Daha yüksək zirvələrə can ataraq, biz "Bir Şirkət"" kimi təkliflərimizi genişləndirməyə davam etmişik və 2010-cu ildə 75 ölkədə fəaliyyət göstərən 2000-dən artıq korporativ hüquqşunasdan ibarət PwC şirkətinin Qlobal Hüquqi Xidmətlər Şəbəkəsini təmsil edən Hüquqi Praktika Şöbəsini təsis etmişik. Hazırda biz müştərilərimizə Daxili Audit, İT Çözümləri, İnsan Resursları sahələrində çözümlər təklif edirik, bu isə Audit, Məsləhət Xidmətləri, Vergi və Hüquqi Xidmətlərlə birlikddə biznes xidmətlərinin tam paketini əks etdirir.

Bizim arzumuz peşəkar xidmətlər şəbəkəsində bir nömrəli şirkət olmaqdan ibarətdir və bu istək işin həcmi və gəlirlər anlayışından kənardadır. Biz əsas müştərilərimizi qoruyub saxlamaq üçün mümkün resurslardan istifadə edəcəyik və müştərilərimizə biznes fəaliyyətlərinin səmərəli şəkildə aparılmasına və beynəlxalq aləmdə genişləndirilməsinə, eləcə də şirkətimizin Azərbaycanda peşəkar xidmətlər göstərənn aparıcı şirkət olaraq qalmasına bütün səylərimizi yönəldirik.

PwC şirkətinin gəlirləri:

Cədvəl üzrə qeyd: 2011-cii maliyyə ilinin gəlirləri bütün PwC şirkətlərinin ümümi gəlirlərini əhatə edir və 2011-ci maliyyə ilinin orta valyuta məzənnələrinə əsasən ABŞ dolları ilə ifadə edilir. 2010-cu maliyyə ilinin ümumi gəlirləri müvafiq dövrün orta valyuta məzənnələri ilə göstərilir. Ümumi gəlirlərə müştərilər üçün hesablanmış xərclər daxildir. Maliyyə ili 30 iyun tarixində tamamlanır.

PwC qarşıya qoyduqları məqsədlərə çatmaqda şirkətlərə və fiziki şəxslərə köməklik göstərir. PwC şirkətlər şəbəkəsi 158 ölkədə fəaliyyət göstərir və burada 169,000 mütəxəssis audit, vergi və məsləhət xidmətləri sahələrində yüksək keyfiyyətli xidmətlər göstərir. Əlavə məlumat üçün www.pwc.com. saytına baxın.

Xəbər lenti

Xəbər lenti