...

"Kapital Bank"da Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 16:43 (UTC +04:00)
"Kapital Bank"ın baş ofisində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş toplantı keçirilib.
"Kapital Bank"da Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"Kapital Bank"ın baş ofisində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş toplantı keçirilib.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın dövlət müstəqilliyinə nail olmasının tarixi əhəmiyyətindən bəhs edilib, ötən 20 il ərzində respublikamızın qazandığı nailiyyətlər haqqında söhbət açılıb.

Qeyd edilib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, respublikamızın ardıcıl inkişafının təmin olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndərin müəllifi olduğu strateji inkişaf kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. Ölkəmizin sosial-iqtisadi yüksəlişi, beynəlxalq aləmdə getdikcə güclənən nüfuzu bu siyasətin məntiqi nəticəsidir.

Toplantıda ölkənin bank-maliyyə sektorunun müstəqillik dövründə keçdiyi inkişaf yoluna da nəzər salınıb. Bu sahədə aparılan islahatların, tətbiq edilən mütərəqqi yeniliklərin Azərbaycanda bank sektorunun inkişafına təkan verdiyi və gələcək perspektivlərə yol açdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti