...

Azərbaycanda xarici investisiyaların 60 faizdən çoxu neft sektoruna qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 14:04 (UTC +04:00)
1994-2010-cu illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 60,9 faizi ölkənin neft sənayesinin inkişafına yönəlib.
Azərbaycanda xarici investisiyaların 60 faizdən çoxu neft sektoruna qoyulub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

1994-2010-cu illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 60,9 faizi ölkənin neft sənayesinin inkişafına yönəlib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, Azərbaycanda həcmi ildən-ilə artan xarici investisiyalar 2010-cu ildə maksimum səviyyəyə çataraq 8,2 milyard dollar təşkil edib.

"1994-2010-cu illərdə Azərbaycan iqtisadiyyatına 54,4 milyard dollar həcmində xarici investisiya cəlb edilib. Neft sənayesinin inkişafına investisiyaların 60,9 faizi və ya 33,1 milyard dollar yönəldilib", - Vəliyev bildirib.

Dövlət Statistika Komitəsi sədrinin sözlərinə görə, xarici yatırımların 68,9 faizi birbaşa investisiyalar şəklində həyata keçirilib.

Bir müddət əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, bu gün ölkə iqtisadiyyatına investisiyaların həcmi 100 milyard dolları ötür.

Xəbər lenti

Xəbər lenti