...

Azərbaycan 2012-ci ildə xarici borc limitinin azalacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 15:56 (UTC +04:00)
Azərbaycan Milli Məclisinə təqdim edilmiş 2012-ci il üzrə dövlət büdcəsinin xarici borc limiti iki milyard manat səviyyəsində müəyyən edilib.
Azərbaycan 2012-ci ildə xarici borc limitinin azalacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Milli Məclisinə təqdim edilmiş 2012-ci il üzrə dövlət büdcəsinin xarici borc limiti iki milyard manat səviyyəsində müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş 2012-ci il üzrə dövlət büdcəsi layihəsində deyilir.

Xarici borc üzrə limit bir milyard manat səviyyəsində müəyyən olunub.

2012-ci ildə dövlətin xarici borcları üzrə ödənişlər 235,95 milyon manat məbləğində, eləcə də hesablanmış faizlər 121,11 milyon manat və əsas borc üzrə faizlər 114,84 milyon manat məbləğində proqnozlaşdırılıb.

2012-ci ildə dövlətin daxili borcları üzrə ödənişlər 126,47 milyon manat, o cümlədən, hesablanmış faizlər 30,3 milyon manat və əsas borc üzrə faizlər 96,18 milyon manat həcmində proqnozlaşdırılıb.

2005-ci ilədək xarici borcların limiti 200 milyon dollar məbləğində müəyyən edilib. 2006-cı ildə irimiqyaslı layihələrin reallaşdırılması üçün borcların cəlb edilməsi zərurəti üzündən bu limit əvvəlcə ikiqat artırılıb, daha sonra, büdcə proqnozlarına yenidən baxılması nəticəsində üçqat artırılıb, yəni 1,2 milyard dollara çatdırılıb. 2007-ci ildə də bu göstərici 1,2 milyard dollar səviyyəsində olub. Son üç ildə hökumət xaricin borcun səviyyəsini 2,5 milyard manat səviyyəsində saxlayıb. 2011-ci il dövlət büdcəsində xarici borc limiti 2,3 milyard manat səviyyəsində müəyyən edilib.

Oktyabrın 18-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti