...

"Kapital Bank" sponsor köçürmələri üçün hesab açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2011 16:04 (UTC +04:00)
Xəstə və əlil uşaqların müalicəsinə kömək göstərmək indi daha asandır.
"Kapital Bank" sponsor köçürmələri üçün hesab açıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Xəstə və əlil uşaqların müalicəsinə kömək göstərmək indi daha asandır. Sağlamlıq problemi olan, o cümlədən ürək qüsurlu körpələrə yardım üçün yaradılmış "Uşaqların xoşbəxt gələcəyi naminə" İctimai Birliyinin açdığı hesab artıq "Kapital Bank"dadır. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yayadığı məlumatda deyilir.

"Hesabın açılması ideyası zamanın tələbidir, - məlumatda deyilir. - "Kapital Bank" dəfələrlə xeyirxah insanlara sağlamlığında problem olan, o cümlədən, anadangəlmə ürək qüsuru olan körpələrə xeyriyyə yardımı göstərilməsi haqqında təkliflə müraciət edib".

Məlumatda deyilir ki, "Kapital Bank"ın 120-dən artıq xidmət məntəqəsinin mövcud olması mərhəmət çağırışına qoşulan xeyirxah insanları öz nəcib məqsədlərinə daha da yaxın edir.

Körpə vətəndaşlarımızın müalicəsinə yardım göstərmək niyyətində olan hər kəsə "Kapital Bank"da açılmış bank hesabı:

"Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyi
Filial: Bakı şəhər filialı
FAD: 200026
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
SWIFT kodu: AIIBAZ2X
VÖEN 1401558671
Hesab № 38090019441025475102

Xəbər lenti

Xəbər lenti