...

2011-ci ildə Bakıda və onun qəsəbələrində biznesin güzəştli kreditləşdirilməsi 26 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 13:51 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ildə Bakı qəsəbələrinin inkişafı üçün 29,8 milyon manat həcmində güzəştli kredit ayırıb.
2011-ci ildə Bakıda və onun qəsəbələrində biznesin güzəştli kreditləşdirilməsi 26 faiz artıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ildə Bakı qəsəbələrinin inkişafı üçün 29,8 milyon manat həcmində güzəştli kredit ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində keçirilən növbəti kredit yarmarkasının yekunları üzrə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev deyib.

"Bu kreditlər 174 sahibkarın layihələrinin maliyyələşdirilməsi üçün təqdim olunub. Bununla yanaşı, 24 layihənin həyata keçirilməsi üçün iri kreditlər ayrılıb, o cümlədən səkkiz layihə istixana komplekslərinin, səkkizi çörək istehsalı və beşi quşçuluq təsərrüfatının tikintisini nəzərdə tutur", - Abdullayev deyib.

Onun sözlərinə görə, 2011-ci ildə SKMF-nin ümumi portfelində Bakı və onun qəsəbələri üzrə layihələrin xüsusi çəkisi 26 faizə çatıb, halbuki 2010-cu ildə bu göstərici 0,5 faiz təşkil edib. Bu, artımın 26 faiz olduğunu göstərir.

SKMF 2011-ci ildə güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitin həcmini Fondun tarixində ən yüksək həddə - 138 milyon manata çatdırılmasını nəzərdə tutur.

Bundan əvvəl Fond 2011-ci ildə 125 milyon manat məbləğində güzəştli kreditin maliyyələşdirilməsini planlaşdırmışdı.

2012-ci ildə Fond müvəkkil kredit təşkilatları vasitəsilə 200 milyon manat vəsaitin ayrılmasını proqnozlaşdırır.

Güzəştli kreditlər iqtisadiyyatın qeyri-neft sektorunun davamlı və dinamik inkişafı üçün önəmli olan, müasir tələblərə cavab verən iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq (o cümlədən damazlıq), taxılçılıq və toxumçuluq, intensiv üzümçülük və çayçılıq təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, istixanaların, soyuducu anbar komplekslərinin, sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, gənclərin, kiçik fermer və ailə təsərrüfatlarının, məcburi köçkünlərin, qadınların və aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və s. istiqamətlərə yönəldiləcək.

SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF-nin dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirməsinə 453,1 milyon manat ayrılıb.

Oktyabrın 21-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti