...

AYİB-in Azərbaycanda yeni nümayəndəsi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 16:43 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bankın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edib.
AYİB-in Azərbaycanda yeni nümayəndəsi təyin edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bankın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edib. Bu barədə cümə günü Trend-ə AYİB-in Azərbaycandakı hazırkı nümayəndəsi Frensis Deley bildirib.

"AYİB-in Bakı ofisinin yeni rəhbəri Neyl Makkeyn artıq Bakıdadır, - Deley deyib. - Bundan əvvəl o, Türkmənistandakı nümayəndəliyə rəhbərlik edib".

Makkeyn vəzifəsinin icrasına noyabrda başlayacaq.

Deley Azərbaycan üçün yeni nümayəndənin təyin olunmasını özünün başqa işə keçməsi ilə izah edib. İndi o, AYİB-in Belarusdakı nümayəndəliyinə rəhbərlik edəcək.

Deley AYİB-in Bakı ofisinə 2008-ci ildən başçılıq edir.

AYİB-in proseduruna görə, bu vəzifəyə təyinat 3-4 il müddətinə həyata keçirilir.

AYİB ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda aktiv əməliyyatlar həyata keçirir.

Bank vəsaitlərindən Mərkəzi Avropa və Mərkəzi Asiyanın 30 ölkəsində demokratiyanın və bazar iqtisadiyyatının qurulması məqsədilə istifadə olunan maliyyə institutudur. 61 ölkə və iki beynəlxalq təşkilat onun sahibidir.

Xəbər lenti

Xəbər lenti