...

Azərbaycanda yoxsul pensiyaçı olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 20:31 (UTC +04:00)
Yoxsulluq səviyyəsində olan azərbaycanlı pensiyaçıların pensiyasının həcminin artırılması əmək pensiyalarının baza hissəsinin nöbvəti artımı nəticəsində mümkün olacaq.
Azərbaycanda yoxsul pensiyaçı olmayacaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/

Yoxsulluq səviyyəsində olan azərbaycanlı pensiyaçıların pensiyasının həcminin artırılması əmək pensiyalarının baza hissəsinin nöbvəti artımı nəticəsində mümkün olacaq. Trend-in məlumatına görə, bunu cümüə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov deyib. Ölkədə yoxsulluq həddindən aşağı olan əhalinin aylıq yaşayış minimumu 98,7 manat təşkil edir.

"Bu gün 2,6 faiz pensiyaçı yoxsuluq həddindən aşağı səviyyədə yaşayır. Yaş həddinə görə pensiya alan 818 min pensiyaçıdan yalnız 34 min nəfərin pensiyasının həcmi aylıq yaşayış minimumundan (98,7 manat) azdır", - Müslümov bildirib.

Onun sözlərinə görə, son səkkiz il ərzində Azərbaycanda pensiyaçıların yoxsulluq səviyyəsindən aşağı olan pensiyası ilə birlikdə payı 90 faizdən 2,6 faizə enib.

"Bu, böyük rəqəmdir və ölkədə bu müddət ərzində ölkədə 49 faizdən 9,1 faizə enən yoxsulluq səviyyəsinə uyğundur", - Müslümov deyib.

DSMF sədrinin sözlərinə görə, bu 34 min nəfərə beş il və ondan aşağı əmək stajı olan şəxslər aiddir.

"Hər il Azərbaycanda staja 1,94 manat əlavə edilir və baza hissəsi 85 manat artırılır. Beş illik stajı olan pensiya təxminən 94,7 manat təşkil edir. Bu da aylıq yaşayış minimumundan aşağıdır. Öz növbəsində, onların pensiyasının artırılması yalnız pensiyanın baza hissəsinin artırılması sayəsində mümkün olacaq", - Müslümov deyib.

Müslümovun əvvəllər dediyinə görə, sosial sığorta üzrə yığımların yerinə yetirilməsi proqnozunun saxlanma tendensiyası Azərbaycanda qarşıdakı il əmək pensiyasının baza hissəsinin artırılması ehtimalını yüksəldir.

"Pensiyanın baza hissəsinin artırılması məsələsi sosial sığorta üzrə mükafatların yığımları ilə əlaqədardır. Qeyri-büdcə sektorundakı icbari dövlət sığortalanması üzrə daxilolma proqnozu ilin ilk doqquz ayında 100,9 faiz yerinə yetirilib", - o deyib.

Müslümovun sözlərinə görə, yığımların atrması prosesi üzrə proqnozlar gedir və əməkhaqların artırılması maaşların leqallaşdırılması səviyyəsinin yüksəldilməsi, həmçinin qeydə alınmış işçilərin sayının artırılması ilə əlaqədardır.

"Əgər bu proses davam edərsə, baza hissənin artırılması üçün real imkanlar yaranacaq. Bu, ancaq mövcud şərtlərlə mümkün olacaq. Bunu dövriyyədən toplanan vəsaitlər hesabına etmək düzgün olardı. Belə ki, bu, inflyasiya yaratmır. Əks təqdirdə, inflyasiyanı əmələ gətirəcək faktorlar yaranır", - Müslümov bildirib.

Azərbaycanda əmək pensiyası iki hissədən - baza və sığortadan ibarətdir. Hazırda pensiyanın baza hissəsi ölkədə 85 manat təşkill edir.

Oktyabrın 21-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti