...

Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 15:34 (UTC +04:00)
Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüş zamanı Rüstəmov ölkədə hazırkı makroiqtisadi vəziyyət, 2012-ci il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin, dünyada gedən son iqtisadi proqreslər və onların Azərbaycana potensial təsiri, adekvat siyasət reaksiyası barədə məsələlər müzakirə edilib.

Öz növbəsində, Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi 2011-ci ildə ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. Bu nəticələrə nail olunmasında Mərkəzi Bankın yürütdüyü pul və məzənnə siyasətinin rolunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti