...

Azərbaycanda yanvar-sentyabrda 20 mindən çox insan münasib işlərlə təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 16:10 (UTC +04:00)
Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunub.
Azərbaycanda yanvar-sentyabrda 20 mindən çox insan münasib işlərlə təmin edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən həyata keçirilən tədbirlər 2011-ci ilin 9 ayında da uğurla davam etdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən 20904 nəfər münasib işlərlə təmin edilib, həmçinin 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunub.

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək birjaları" tərəfindən 2976 nəfər işsiz vətəndaş, o cümlədən 1661 nəfər qadın, 1377 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 23 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.

Xəbər lenti

Xəbər lenti