...

Azərbaycan Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 19:24 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti noyabrın 6-8-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
Azərbaycan Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti noyabrın 6-8-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Trend-ə bazar ertəsi Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib.

"Bu gün Xidmətin rəhbərliyi tərəfindən müvafiq sərəncam imzalanıb", - Xanvəli bildirib.

Onun sözlərinə görə, Bakıya gələn dörd əsas yolda paytaxta gətirilən qoyunları yoxlayacaq postlar qoyulacaq.

"Sabahdən etibarən Dərnəgül, Şamaxı yollarında, Xırdalan və Lökbatan dairələrində postlar qoyulacaq. Bu gün sərəncamın icrasına başlanılıb, Dövlət Xidmətinin mütəxəssisləri həmin yerlərə göndərilib", - Xanvəli deyib.

Onun sözlərinə görə, Xidmət mal-qaranın bayram günündə həm Bakı, həm də ölkənin regionlarında müəyyən edilməyən ərazilərdə kəsilməsinin və ətin satılmasının qarşısını almaq üçün tədbirlər görəcək.

"Bayram zamanı Baytarlıq Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ətin kəsilməsinə nəzarət edəcəklər. Biz ölkə əhalisini Dövlət Xidməti tərəfindən yoxlanılmış məntəqələrdə qurban kəsməyə və ya ət almağa çağırırıq", - Xanvəli bildirib.

O əlavə edib ki, Bakıda mal-qaranın satışı üzrə 14, kəsilməsi üçün isə 7 məntəqə var. Həmin məntəqələrdə baytarlıq xidməti göstərilir.

"Mal-qaranın kəsilməsi və ətin satışı ilə qanunsuz məşğul olan məntəqələr aşkar edilərkən fiziki şəxslər üçün 25 manat, vəzifəli şəxslər üçün 40-60 manat, hüquqi şəxslər üçün isə 100-125 manat həcmində cərimələr tətbiq edilir", - Xanvəli deyib.

Oktyabrın 31-nə olan rəsmi məzənnə 0,7869 AZN/US təşkil edir.

Xəbər lenti

Xəbər lenti