...

Dünya almaz istehsalçısı Azərbaycan bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyində "De Beers Azerbaijan" MMC qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin rəsmi saytının "bir pəncərə" bölməsində məlumat verilir.

Şirkət oktyabrın 21-də dövlət qeydiyyatından keçib və Bakıda yerləşir.

Şirkətin nümayəndəsi Natiq İsmayılov, təsisçiləri isə Dürdanə Əsədova və Həsib Piriyevdir.

"De Beers" təbii almaz hasilatı, emalı və satışı, eləcə də sənaye məqsədləri üçün sintetik almaz istehsal edən beynəlxalq korporasiyadır. 1888-ci ildə Cənubi Afrika Respublikasında yaradılıb. Şirkət Botsvana, Namibiya və Tanzaniya ilə tərəfdaşlıqda Cənubi Afrikadakı mədənlərdə dünyada istehsal olunan almazın təxminən 40 faizini istehsal edir.

Xəbər lenti

Xəbər lenti