...

Cəlilabad rayonunun prioritet sahələrinin inkişafı üzrə investisiya layihələrinin qəbulu başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 16:50 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunun Qarazəncir kəndində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Cəlilabad rayonunun prioritet sahələrinin inkişafı üzrə investisiya layihələrinin qəbulu başlanıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunun Qarazəncir kəndində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Noyabrın 4-də Cəlilabad rayonunun Qarazəncir kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- intensiv üzümçülük təsərrüfatının yaradılması;
- intensiv kartofçuluq (və ya kartof toxumçuluğu) təsərrüfatının yaradılması;
- müasir taxılçılıq və ya toxumçuluq təsərrüfatının yaradılması;
- kiçik və orta həcmli çiyələk emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17

Cəlilabad rayonu paytaxt Bakıdan 208 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti