...

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyətinin aparılmasına görə sanksiyalar gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı inzibati sanksiyalar gücləndirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə vergilər naziri Fazil Məmmədov deyib.

"Qanunsuz sahibkarlıq fəaliyyətinin aparılmasına görə qanunvericilikdə 40 manat məbləğində cərimələr nəzərdə tutulub. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə yanaşı, nəzarət-kassa aparatlarından istifadə etməyən bir sıra şəxslər aşkar edilib. Buna görə də onlar 400, 800 və 1200 manat həcmində əlavə cərimə ödəməlidirlər", - Məmmədov bildirib.

Nazirin sözlərinə görə, bütün şəxslər vergi qanunverciliyinin pozulmasına görə eyni məsuliyyət daşımalıdırlar. Buna görə də həm hüquqi, həm fiziki, eləcə də qeydiyyatdan keçməyən şəxslərə inzibati cərimələrin ödənilməsi üzrə eyni tələblər irəli sürüləcək.

Sanksiyaların gücləndirilməsi nazirin imzaladığı "Vergi orqanlarında qeydiyyatda olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanların məsuliyyətə cəlb edilməsi haqqında" əmrdə nəzərdə tutulur.

Noyabrın 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti