...

Azərbaycan Malayziya ilə ticarət dövriyyəsini artırır - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2011 13:13 (UTC +04:00)
Bu gün Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsi 3,5 rinqqit (1 USD təxminən 3,8 MR-ə barabərdir) təşkil edir və bu göstərici sürətlə artır.
Azərbaycan Malayziya ilə ticarət dövriyyəsini artırır - səfir

Azərbaycan, Bakı, 25 noyabr /Trend müxbir E.Tariverdiyeva/

Bu gün Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsi 3,5 rinqqit (1 USD təxminən 3,8 MR-ə barabərdir) təşkil edir və bu göstərici sürətlə artır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov cümə günü ölkənin "New Straits Times" qəzetində dərc olunmuş müsahibəsində deyib.

"Əlbəttə, ticarət balansı xeyli dərəcədə Malayziyanın xeyrinə irəliləyir. Biz öz məhsullarımızın bu ölkəyə ixracını artırmağa çalışırıq", - səfir bildirib.

Kərimovun sözlərinə görə, Azərbaycana idxal olunan Malayziya mallarının əsasını elektronika təşkil edir. İkinci yeri qida məhsulları tutur.

Səfir bildirib ki, eləcə də Azərbaycanla Malayziyanın MEASAT Satellite Systems şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin gələn il planlaşdırılan buraxılışı ilə bağlı saziş imzalanıb.

Kərimovun sözlərinə görə, Malayziya Azərbaycanda səfirliyini açarsa, ölkələr arasında ikitərəfli münasibətlər yeni səviyyəyə qalxa bilər.

Xəbər lenti

Xəbər lenti