...

"Azərbaycan Dəmir Yolları" qərb istiqamətində 5 km yolu təmir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2011 16:40 (UTC +04:00)
26-29 noyabr 2011-ci ildə Tovuz-Tatlı sahəsinin 104-109-cu kilometrində daha 5 km yol əsaslı təmir olunacaq. Sabah səhər tezdən köhnə yolun sökülməsinə başlanacaq.
"Azərbaycan Dəmir Yolları" qərb istiqamətində 5 km yolu təmir edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.İsmayılov/

26-29 noyabr 2011-ci ildə Tovuz-Tatlı sahəsinin 104-109-cu kilometrində daha 5 km yol əsaslı təmir olunacaq. Sabah səhər tezdən köhnə yolun sökülməsinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin cümə günü yaydığı məlumatda deyilir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 22 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti