...

Bakı Metropolitenində kartlara yüklənmiş məbləğdən asılı olmayaraq, gedişhaqqı yeni tariflə hesablanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 16:38 (UTC +04:00)
Bakı Metropolitenində gediş kartına yüklənmiş məbləğdən asılı olmayaraq, dekabrın 1-dən gedişhaqqı bir gediş üçün 0,2 manat (20 qəpik) yeni tarifilə hesablanacaq.
Bakı Metropolitenində kartlara yüklənmiş məbləğdən asılı olmayaraq, gedişhaqqı yeni tariflə hesablanacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropolitenində gediş kartına yüklənmiş məbləğdən asılı olmayaraq, dekabrın 1-dən gedişhaqqı bir gediş üçün 0,2 manat (20 qəpik) yeni tarifilə hesablanacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Tarif (Qiymət) Şurasından bildiriblər. Tarif Şurasının qərarına görə, metroda gedişhaqqı 0,15 manatdan (15 qəpik) 0,2 manatadək (20 qəpik) artırılıb. Qərar dekabrın 1-dən qüvvəyə minir.

Şuradan qeyd edildiyi kimi, Bakı Metropolitenində gediş kartına dörd gedişdən artıq yükləmə ilə bağlı yaranmış texniki problemlər bir neçə saat ərzində aradan qaldırılacaq.

Tarif Şurasına Bakı Metropolitenindən daxil olan məlumata görə, metroda gediş kartına dörd gedişdən artıq yükləmə ilə bağlı yaranmış problemlər texniki xarakter daşıyır və yaxın saatlarda aradan qaldırılacaq.

Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Trend-ə dediyi kimi, kartların yüklənməsi ilə bağlı problem kartları yükləmək üçün aparatların yeni tarif üzrə yenidən proqramlaşdırılması ilə əlaqədardır.

"Yeni tarifə keçid vaxtına çox az qalıb və ona görə də biz qısa müddət ərzində uyğun proqram təminatına keçəcəyik. Biz bu problemi ən qısa zamanda həll etməyə çalışırıq", - Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyalarda dekabrın 1-dən etibarən gediş kartlarına yüklənmiş məbləğdən asılı olmayaraq, tariflərin bir gedişə görə 0,2 manatla hesablanacağı barədə elanlar yapışdırılıb.

Xəbər lenti

Xəbər lenti