...

"Baku Steel Company" Almaniyanın "Siemens VAI" firması ilə muqavilə bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 19:29 (UTC +04:00)
İstehsalın yenidənqurulma işləri çərçivəsində 15 milyon avro dəyərində investisiya qoyulmasını nəzərdə tutan "Baku Steel Company" MMC və Almaniyanın "Siemens VAI" firması arasında muqavilə bağlanıb.
"Baku Steel Company" Almaniyanın "Siemens VAI" firması ilə muqavilə bağlayıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

İstehsalın yenidənqurulma işləri çərçivəsində 15 milyon avro dəyərində investisiya qoyulmasını nəzərdə tutan "Baku Steel Company" MMC və Almaniyanın "Siemens VAI" firması arasında muqavilə bağlanıb.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, layihədə mövcud sobanın Almaniyanın "Siemens VAI" firmasının istehsalı olan daha müasir - 50 tonluq soba ilə əvəz olunması nəzərdə tutulur. İstehsalın yenidən qurulmasının 1-ci mərhələsində yeni sobanın qurulması zavodun 1-ci sahəsində istehsal həcminin 350 min tondan 500 min tona qədər artırılmasına şərait yaradacaq.

Yeni soba ilə yanaşı toz və tüstütutucu qurğuların da yenidən qurulması həyata keçiriləcək. Almaniyanın ən müasir metallurgiya zavodlarında uğurla tətbiq olunan bu təmizləyici qurğular tam avtomatlaşdırılıb, havaya atılan bütün zərərli maddələrin miqdarına avtomatik nəzarət mexanizminə malik olan cihazlarla təchiz olunub.

Yeni layihə "Baku Steel Company" MMC-ni Avropanın ən müasir metallurgiya zavodları ilə bir sırada qoymaqla yanaşı, onun istehsal gücünun 1 milyon 100 min tona çatdırılmasına imkan verəcək.

"Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir polad¬əritmə müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti