...

Krım turizm sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 14:28 (UTC +04:00)
Ukraynanın tərkibindəki Krım Muxtar Respublikası turizm sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Krım turizm sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 2 dekabr /Trend müxbir S.Ağayeva/

Ukraynanın tərkibindəki Krım Muxtar Respublikası turizm sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Krımın Baş naziri Anatoli Mogilyov Azərbaycan və Krım arasında xüsusilə turizm sahəsində əməkdaşlığın aktivləşdirilməsi kontekstində ikitərəfli ticarət əməkdaşlığı məsələlərini Bakıda müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Ukraynanın Azərbaycandakı səfirliyinin saytında deyilir.

Mogilyov əməkdaşlıq məsələlərini noyabrın 30-da Bakıya başlayan səfəri zamanı Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovla müzakirə edib.

Səfər çərçivəsində Mogilyov Bakıda "MDB-nin maliyyə bazarları: qlobal qeyi-sabitlik şəraitində sabit inkişaf yolları" adı altında keçirilən MDB iştirakçısı olan ölkələrin beynəlxalq bank konfransının IV iclasında iştirak edib. O, konfransda Beynəlxalq Kreditorlar Təşkilatı tərəfindən "İnvestisiya ilahəsi" mükafatı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti