...

Azərbaycan və İsveçrə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 13:20 (UTC +04:00)
Dekabrın 8-də Bakıda Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın beşinci iclası keçiriləcək.
Azərbaycan və İsveçrə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 6 dekabr / Trend, müxbir N.İsmayılova/

Dekabrın 8-də Bakıda Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın beşinci iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İclas çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti, komissiyanın dördüncü iclası çərçivəsində həyata keçirilən işlər, eləcə də münasibətlərin genişlənməsinin perspektivləri kimi məsələlər müzakirə olunacaq.

Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, İsveçrə tərəfdən isə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin idarə heyətinin üzvü Erik Martindir.

Oktyabrda Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilib. Biznes forumun açılışında İsveçrə Konfederasiyasının Dövlət müşaviri, İsveçrənin və Cenevrə kantonunun iqtisadiyyat və səhiyyə naziri Pyer-Fransua Unqerin sözlərinə görə, Azərbaycan böyük sürətlə inkişaf edir və ölkələr arasında yaxşı tərəfdaşlıq münasibətlərinin yoluna qoyulması üçün bütün imkanlar mövcuddur.

O həmçinin deyib ki, İsveçrə, həmçinin Azərbaycanla sənaye, təhsil və səhiyyə sahəsində təcrübəsini bölüşməyə hazırdır. Bununla yanaşı, Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsası artıq qoyulub. Eyni zamanda, Unqer Cenevrədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ticarət nümayəndəliyinin fəaliyyətini, eləcə də Bakının Qaradağ rayonunda sement istehsalı üzrə birgə işi qeyd edib.

Xəbər lenti

Xəbər lenti