Azərbaycan, Bakı, 8 dekabr /Trend/
Rəqabətin güclü inkişaf etdiyi bir zamanda lider olmağa çalışan hər bir şirkət mükəmməl müştəri xidməti göstərməyə çalışır. Bu məqsədlə "Allianz Consult" və "Azercell"-in birgə fəaliyyət layihəsi çərçivəsində "Azercell Akademiyası"-nın təqdim etdiyi "Müştəriyə Fokuslanan Xidmət Mədəniyyəti" tədrisini təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə "Allianz Consult" şirkəti cümə axşamı məlumat yayıb.
İki günlük təlimdə Azərbaycanda Müştəri Xidməti sahəsində lider olan "Azercell" şirkətinin təlimçisi Aynur Abbasova bu sahədə olan təcrübəsini iştirakçılarla bölüşəcək.
Odur ki, qurum mədəniyyətinizi inkişaf etdirmək və bunun nəticəsində müştəri xidmətinizin keyfiyyətini artırmaq üçün Sizi 15-16 dekabr 2011-cil tarixlərində "Müştəriyə Fokuslanan Xidmət Mədəniyyəti" tədrisinə dəvət edirik!
İştirakçılar: Vəzifəsindən asılı olmayaraq qurumlarda çalışan hər kəs üçün nəzərdə tutulub
Tarix: 15-16 dekabr, 2011
Müddət: 2 gün (16 saat)
İştirakçıların sayı: 20 nəfər
Dil: Azərbaycan
Məkan: Hyatt Meeting & Conference Centre
Ətraflı məlumat üçün: Tel: +944 12 464.42.28; [email protected]