...

"Unibank" təmin edilməmiş istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank"ın 20 milyon manat dəyərində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 50 min manat olan 400 istiqraz buraxılıb.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.

Dekabrın 9-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti