...

"Xalq Bank" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2011 15:54 (UTC +04:00)
"Xalq Bank" ASC filial şəbəkəsinin genişləndirilməsi istiqamətində intensiv fəaliyyətini davam etdirir və cari ildə bankın 6 filialı açılıb.
"Xalq Bank" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"Xalq Bank" ASC filial şəbəkəsinin genişləndirilməsi istiqamətində intensiv fəaliyyətini davam etdirir və cari ildə bankın 6 filialı açılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.

Müştərilərin rahatlığının təmin edilməsinə yönələn filial şəbəkələrinin genişləndirilməsi bankın vacib strateji istiqamətlərindən biridir.

Son ay ərzində bankın "Şamaxı" filialı fəaliyyətə başlayıb.

"Şamaxı" filialı "Xalq Bank"ın bölgələrdə fəaliyyət göstərən sayca on dördüncü filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektr bank xidmətlərindən faydalanmaq imkanı verir.

Yeni filial Şamaxı şəhəri, Şəhriyar küçəsi, 1 ünvanda yerləşir. Тelefon: (020) 265 0526; faks: (020) 265 0527

Hazırda "Xalq Bank"ın paytaxt və regionlarda filial şəbəkəsi 18 filial və 1 şöbədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti