...

Axərbaycanda avtomobil sığortası üzrə yeni tariflər tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2011 11:58 (UTC +04:00)
Azərbaycanda avtomobil sığortası üzrə fərqli tariflər tətbiq edilib. Əvvəllər isə bütün avtomobil sahibləri üçün ödəniş vahid idi.
Axərbaycanda avtomobil sığortası üzrə yeni tariflər tətbiq edilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda avtomobil sığortası üzrə fərqli tariflər tətbiq edilib. Əvvəllər isə bütün avtomobil sahibləri üçün ödəniş vahid idi. Trend-in məlumatına görə, bu barədə İcbari Sığorta Bürosunun bazar ertəsi yaydığı məlumatda deyilir.

"Tariflər avtomobillərin xüsusiyyətlərindən (mühərrikin həcmindən, sərnişin yerlərinin sayından), eləcə də sığorta hadisəsindən asılı olaraq dəyişəcək", - məlumatda deyilir.

Tariflərin dəyişdirilməsi "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq həyata keçirilib. Sığorta şirkətləri praktiki olaraq həmin qanunun icrasına 16 dekabr 2011-ci ildən başlayıblar.

Qanuna görə, avtonəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyətinin icbari sığortası üzrə (OSAQO) ödənişin maksimum məbləği 55 min manat təşkil edəcək. Əvvəllər isə bu rəqəm 6 min manat idi. Bundan əvvəl üçüncü şəxs tərəfindən avtomobilin təmirinin maksimum məbləği bir manat idisə, indi bu rəqəm beş min manatdır.

"İcbari sığorta şəhadətnaməsi sürücülük vəsiqəsi, texniki pasport və etibarnamə kimi daim sürücünün üstündə olmalıdır", - məlumatda deyilir.

Yeni qanuna əsasən bu məbləğlər həyat və sağlamlığa dəyən zərər üzrə, müvafiq olaraq, 50 000 manat və 5 000 manat, əmlaka dəyən zərərə görə də 5 000 manatdır.

Əvvəlkindən fərqli olaraq, yeni qanunda bəzi hallarda DYP tərəfindən verilən müvafiq arayış olmadan da sığorta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəymədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təqsirin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məbləği 1 000 manatdan çox olmadıqda mümkündür.

Dekabrın 19-na rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti