...

Azərbaycanın "AzSığorta" şirkəti icbari sığortalar üzrə xidmətlər üçün ilkin icazəni alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 15:26 (UTC +04:00)
"AzSığorta" şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmətlərin göstərilməsi üçün ilkin icazənı alıb.
Azərbaycanın "AzSığorta" şirkəti icbari sığortalar üzrə xidmətlər üçün ilkin icazəni alıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

"AzSığorta" şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmətlərin göstərilməsi üçün ilkin icazənı alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

Maliyyə Nazirliyi yanında Sığorta Nəzarəti üzrə Dövlət Xidməti "İcbarı sığorta haqqında" qanuna əsasən, 2011-ci ilin dekabrın 23-də "AzSığorta" şirkətinə icbari sığortanın bir neçə növü üzrə xidmət göstərmək üçün ilkin icazə verib.

"İcbari sığortalar haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

"Hazırda yeni qanunvericiliyə əsasən polislərin (şəhadətnamələrin) buraxılması üçün texniki məsələlər həll olunur", - məlumatda deyilir.

"AzSığorta" şirkəti 2006-cı ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərir. Hazırda şirkət 28 könüllü və 5 icbari sığorta növü üzrə öz müştərilərinə xidmətlər təklif edir. Şirkətin əməkdaşlarının sayı 200-dən artıqdır. "AzSığorta"nın ölkə üzrə 7 regional filialı var.

"Bu gün "AzSığorta" rəhbərliyi, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik olan şəxslərdən təşkil olunmaqla, mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti göstərməyə imkan verir" , - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti