Azərbaycan, Bakı, 11 yanvar /Trend/
"DəmirBank" Azərbaycanda ilk dəfə olaraq müştərilərə dünyanın 34 ölkəsində 100 000-dən çox ticarət/xidmət mərkəzlərində 50%-dək endirimlər təqdim edən Countdown plastik kartları təklif etməyə başlayıb.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, dünyanın 34 ölkəsində 100 000-dən çox, həmçinin Azərbaycanda müxtəlif ticarət/xidmət mərkəzlərində Countdown loqotipi ilə xüsusi stikerlər 50%-dək endirimlərin təqdim olunması imkanını əks etdirir.
"VISA Classic əsasında xüsusi dizaynla və Countdown loqotipi ilə hazırlanan yeni kart məhsulunu 200-dək ölkədə istifadə etmək mümkündür. 34 ölkədə 50%-dək endirimlərdən istifadə imkanı ilə yanaşı, bu kartlar üzrə 38 günədək faizsiz kredit xətti də açıla bilər. Kartla kredit xətti əmanətçilərə və iş yerindən arayış əsasında digər müştərilərə təqdim edilir", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri "İl Boyu Endirimlər" proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.
Countdown endirim kartı və Azərbaycanda endirim təqdim edən mərkəzlərin siyahısı ilə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.