...

Bakı Bulvarı yazda yeni gəzinti gəmiləri alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2012 12:48 (UTC +04:00)
Bakı Dənizkənarı Milli Park İdarəsi sərnişinlərə xidmət göstərmək üçün üç yeni gəmi alacaq. Bu barədə cümə günü Trend-ə idarə rəhbərinin müavini Nazim Məcidov bildirib.
Bakı Bulvarı yazda yeni gəzinti gəmiləri alacaq

Azərbaycan, Bakı, 20 yanvar / Trend, müxbir E.İsmayılov/

Bakı Dənizkənarı Milli Park İdarəsi sərnişinlərə xidmət göstərmək üçün üç yeni gəmi alacaq. Bu barədə cümə günü Trend-ə idarə rəhbərinin müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, gəmilərin ikisindən idarə tərəfindən gəzinti gəmisi, birindən isə gəmi-restoran kimi istifadə olunacaq.

İngiltərə istehsalı olan gəmilər Türkiyədə yığılır, onların Bakıya gətirilməsi yalnız yazda mümkün olacaq.

"Gəmilər martın sonu - aprelin əvvllərində alınacaq və idarəmizin balansında olacaq", - Məcidov deyib.

Xəbər lenti

Xəbər lenti