...

Güclü qar yağması Bakıda aeroportun və enerji paylanmasının işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2012 09:53 (UTC +04:00)
ОАО "Бакиэлектрикшебеке" (распределение электроэнергии в Баку) работает в усиленном режиме работы, сказал в субботу глава пресс-службы АО Танрыверди Мустафаев.
Güclü qar yağması Bakıda aeroportun və enerji paylanmasının işinə təsir etməyib

Azərbaycan, Bakı, 28 yanvar/Trend müxbir S. Əliyev/

"Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin paylanması və satışı) gücləndirilmiş iş rejimində işləyir. Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, yanvarın 28-nə keçən gecəsi və bu gün səhər elektrik enerjisinin verilməsinin qəza səbəbilə dayandırılması ilə bağlı heç bir zəng daxil olmayıb.

Mustafayev qeyd edib ki, istənilən problemin qarşısını almaq və aradan qaldırmaq üçün işçi ehtiyatı və texnikası tam hazır vəziyyətə gətirilib.

AZAL QSC-dən isə Trend-ə verilən məlumata görə, bu gün ancaq Krasnodardan Bakıya gələn reys gecikir. Lakin bu, reysin Krasnodardan gec uçması ilə əlaqədardır.

Heydər Əliyev Beynəlxalq Hava Limanı normal rejimdə işləyir və cədvəl üzrə təyyarələri qəbul edir və yola salır.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Xəbər lenti

Xəbər lenti