Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir A.Axundov/
Bakı-Tbilisi aviareysi üzrə gecikən təyyarə Azərbaycan paytaxtından 1 saat ərzində uçacaq. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Təyyarə saat 10:10-da uçmalı idi, lakin pisləşən hava şəraiti ilə əlaqədar olaraq, aviareys yubanıb.
"Hazırda təyyarənin göndərilməsinə hazırlıq aparılır", - aeroportdan deyiblər.
Bundan başqa, Naxçıvandan təyyarənin gəlişi gecikir, həmin təyyarə qrafik üzrə Bakıya saat 12:00-da gəlməli idi.
"Təyyarənin gəlişi saat 12:40-a gözlənilir", - aeroportdan qeyd ediblər.