...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi dövlət proqramlarının icrasını sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 18:47 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin kollegiyası Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər planının hazırlanması haqqında qərar qəbul edib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi dövlət proqramlarının icrasını sürətləndirəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin kollegiyası Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər planının hazırlanması haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev makroiqtisadi sabitliyin qorunması, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, özəl bölmənin inkişafı, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, məhsul ixracının genişləndirilməsi, infrastruktur layihələrin icrası, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi üzrə nazirliyin səlahiyyətləri çərçivəsində tədbirlərin davam etdirilməsi haqqında müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti