...

Bakıda ətin qiymətinin əsassız artırılması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2012 14:02 (UTC +04:00)
Bakıda ətin qiymətinin süni artırılması faktı aşkar edilib
Bakıda ətin qiymətinin əsassız artırılması faktı aşkar edilib

Azərbaycan, Bakı, 6 fevral / Trend , müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında əsassız qiymət artımı hallarının qarşısının alınması məqsədilə apardığı monitorinq zamanı Bakıda ətin qiymətinin süni şəkildə artırılması faktını aşkar edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində Əli Hacıyevə məxsus "Ət bazarı" adlandırılan ticarət mərkəzində aparılan yoxlama zamanı satılan heyvanların mənşəyini və alış qiymətini təsdiq edən sənədlərin olmadığı, habelə mal və qoyun ətinin regionlarda diri heyvanların satış qiyməti ilə müqayisədə heç bir iqtisadi əsası olmadan xeyli yüksək qiymətə təklif edildiyi müəyyənləşdirilib", - məlumatda deyilir.

Bundan başqa, ticarət mərkəzində ət satışı zamanı müvafiq dövlət orqanları tərəfindən yoxlanılmamış və kalibrlənməmiş tərəzilərdən istifadə olunduğu da aşkar edilib.

"Araşdırmalar davam etdirilir və nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək", - məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti