...

Azərbaycanın "Alfa Sığorta" şirkəti səhmlərin emissiya prospektinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 14:15 (UTC +04:00)
"Alfa Sığorta" ASC fevralın 9-dan iki milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayacaq.
Azərbaycanın "Alfa Sığorta" şirkəti səhmlərin emissiya prospektinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir A.Axundov/

"Alfa Sığorta" ASC fevralın 9-dan iki milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə "Bakı Fond Birjası" (BFB) QSC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan iki min səhm buraxılıb. Şirkətin səhmlərinin yerləşdirilməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı hazırki 4,75 milyon manatdan 6,75 milyon manata çatacaq.

"Alfa Sığorta" ASC-nin təsisatçısı 2006-cı ilin dekabrında şirkətin 100 faizlik səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti