...

Azərbaycanda yanvar ayında 2 mindən çox vergi qanunvericiliyinin pozulması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2012 13:32 (UTC +04:00)
2012-ci ilin yanvar ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin keçirdiyi tədbirlər zamanı 2 235 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Azərbaycanda yanvar ayında 2 mindən çox vergi qanunvericiliyinin pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir N.İsmayılova/

2012-ci ilin yanvar ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin keçirdiyi tədbirlər zamanı 2 235 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında verilən məlumatda deyilir.

1315 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 285 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 204 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 497 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 221 vergi ödəyicisi tərəfindən 371 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 167 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 50 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 336 ədəd mal olduğu aşkarlanıb.

Qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Fevralın 11-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti