...

Azərbaycanda pensiyaların ödənilməsi üçün banklar müəyyən edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 11:42 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalması ilə əlaqədar tender elan edib.
Azərbaycanda pensiyaların ödənilməsi üçün banklar müəyyən edilir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir A.Axundov /

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təşkili işinin satınalması ilə əlaqədar tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının çərşənbə axşamı rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Tender fondun şəhər və rayon şöbələrinin hər birində 69 lot üzrə keçirilir. Hər bir lot üzrə iştirakın dəyəri 300 manat təşkil edir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçıların analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

Tender təklifi DSMF aparatına 2012-ci il 3 aprel saat 17:00-dək təqdim edilməlidir. Tender zərfi aprelin 4-ü saat 12:00-da açılacaq.

Xəbər lenti

Xəbər lenti