...

Azərbaycan və Hindistanın iş adamları əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 10:45 (UTC +04:00)
Bakıda Azərbaycan-Hindistan ikitərəfli işgüzar görüşünün keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycan və Hindistanın iş adamları əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 15 fevral / Trend, müxbir N.İsmayılova /

Bakıda Azərbaycan-Hindistan ikitərəfli işgüzar görüşünün keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun çərşənbə günü yaydığı məlumatda deyilir.

Görüş 20 fevral tarixində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən keçiriləcək.

Tədbirdə müxtəlif sektorlardan 15-ə yaxın hind iş adamının qatılacağı gözlənilir.

Tədbirlə bağlı əlavə məlumatı 012 5980147/48 (daxili 122) nömrəli telefonla almaq olar (əlaqəli şəxs: Fərid Nuriyev, faks: 012 5980152; e-mail: [email protected];).

Xəbər lenti

Xəbər lenti