...

2011-ci ildə Azərbaycanda 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 13:02 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.
2011-ci ildə Azərbaycanda 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanda 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.

"Bundan 368 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb, 472 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, 35265 manat cərimə tətbiq olunub, bundan 8878 manat ödənilib, 26387 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib", - Məmmədov deyib.

Onun sözlərinə görə, həmin inzibati xəta hallarının 4-ü vəzifəli, 6-sı hüquqi, 830-u isə fiziki şəxslər tərəfindən törədilib

"2011-ci ildə Komitə tərəfindən 3621 ərizə-şikayətlərə, o cümlədən 726 təkrar müraciətlərə, 620 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb və müvafiq tədbirlər görülüb", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti