...

2011-ci ildə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 60 milyon dollardan çox vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 14:40 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin həyata keçirilməsinə 60,7 milyon dollar ayrılıb.
2011-ci ildə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 60 milyon dollardan çox vəsait ayrılıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ə.Həsənov/

2011-ci ildə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin həyata keçirilməsinə 60,7 milyon dollar ayrılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərsu" ASC-nin (su operatoru) yaydığı məlumatda deyilir.

"Ötən il bu layihələr üzrə Azərbaycan hökumətinin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20,22 milyon manat vəsait ayrılıb. Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın İnkişaf Bankı - KfW və digər beynəlxalq maliyyə qurumlarından layihənin maliyyələşdirilməsinə 35 milyon dollar verilib", - məlumatda deyilir.

Məlumata əsasən, bu vəsaitlər hesabına Gəncə, Şəki, Şamaxı, Qəbələ, Ağdaş və Göyçayda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər aparılıb.

KfW-nn "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində Şəki şəhərində işlərin birinci mərhələsi başa çatıb, 2011-ci ilin sentyabrından Gəncədə sugötürücü mənbələrin, anbarların və magistral su xəttinin tikintisi üzrə işlərə start verilib.

Asiya İnkişaf Bankının "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Ağdaş və Göyçay şəhərlərində birinci mərhələyə yekun vurulub. Tikinti işlərinə 2011-ci il yanvarın 19-da başlanıb.

Dünya Bankının "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Şamaxı şəhərində birinci mərhələdə işlər başa çatıb, Pirsaatçayın hövzəsində suqəbuledici qurğu, su anbarı, nasosxana və xlorator binası, suqəbuledici meydançanın sel və daşqınlardan mühafizə bəndi tikilib.

2011-ci ilin aprelində təməli qoyulmuş Qəbələ layihəsinin birinci mərhələsində 6 ədəd subartezian quyu qazılıb, quyulardan suqəbuledici kameraya qədər magistral su kəməri çəkilib, 2 ədəd su anbarı, xlorator binası, transformator yarımstansiyası, laboratoriya binasını tikintisi üzrə işlər davam etdirilir.

Saatlı və Sabirabad şəhərləri üzrə podratçı şirkətin seçilməsi üzrə tender elan olunub.

Fevralın 24-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti