Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Turanbank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.
Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 1000 manat olan 22 000 səhmin elə bu həcmdə 1082 manat nominallı səhmlərə konvertasiya yolu ilə həyata keçiriləcək.
Bununla da bankın nizamnamə kapitalı 22 milyon manatdan 23,8 milyon manata qədər artırılacaq.