...

Türkiyədən Azərbaycana ixrac təxminən 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir А.Tağıyeva/

2012-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac ötən ilin analoji dövründəki 144,8 milyon dollara nisnətdə 181,5 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyə İxracatçılar Şurası xəbər verib.

Şuranın məlumatına əsasən, Türkiyədən Azərbaycana (Naxçıvan Muxtar Respublikası da daxil olmaqla) ixrac olunan malların ümumi siyahısına ağac məmulatları (17,28 milyon dollar), sement (7,658 milyon dollar), qiymətli daşlar və bəzəklər (1,9 milyon dollar), dəmir və polad məhsullar (19 milyon dollar) əlvan metallar (3,046 milyon dollar), dəri məmulatlar (1,345 milyon dollar), digər məhsullar (162 milyon dollar), elektrik enerjisi (19,9 milyon dollar), xalça məmulatları (2,159 milyon dollar), kimya məhsulları (29,6 milyon dollar), maşın avadanlıqları (12 milyon dollar), toxuculuq məmulatları (597 min dollar), müdafiə sənayesi malları (18 min dollar) daxildir.

2012-ci ilin yanvarında Türkiyə mallarının ixrac olunduğu əsas ölkələr aşağıdakılardır: Almaniya - 1,040 milyard dollar, İraq - 752 milyon dollar, Böyük Britaniya - 625 milyon dollar.

Xəbər lenti

Xəbər lenti