...

Azərbaycan İpoteka Fondu elektron sənəd dövriyyəsi üçün proqram təminatı qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 12:23 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondu elektron sənəd dövriyyəsi üçün proqram təminatının qurulması üzrə xidmətlərin cəlb edilməsi üçün təkliflər sorğusu elan edib.
Azərbaycan İpoteka Fondu elektron sənəd dövriyyəsi üçün proqram təminatı qurur

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondu elektron sənəd dövriyyəsi üçün proqram təminatının qurulması üzrə xidmətlərin cəlb edilməsi üçün təkliflər sorğusu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Satınalmalar Komissiyasının rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar proqram təminatının hazırlanması üzrə ən azı üç illik təcrübəyə, texniki və maliyyə imkanlarına, kifayət qədər işçi potensialına və idarəetmə vərdişlərinə malik olmalıdırlar.

Təklif və təklifin qiymətinin bir faizi məbləğində bank zəmanəti 12 aprel saat 18:00-dək təqdim olunmalıdır. Tender təkliflərinin açılışı 13 aprel saat 15:00-da İpoteka Fondunu binasında keçiriləcək. Əlavə məlumat almaq üçün telefon: (+994) 12 441-24-23 (daxili 133), faks: (+994) 12 598-11-77. Əlaqələndirici şəxs:Mətin Hacıyev.

Xəbər lenti

Xəbər lenti