...

Tehran-Bakı-Tehran aviareysi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 13:30 (UTC +04:00)
"İran Hava Yolları" tərəfindən həyata keçirilən Tehran-Bakı aviareysi təxirə salınıb.
Tehran-Bakı-Tehran aviareysi təxirə salınıb

Azərbaycan, Bakı, 9 mart/Trend müxbir E.İsmayılov/

"İran Hava Yolları" tərəfindən həyata keçirilən Tehran-Bakı aviareysi təxirə salınıb. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Bu səbəbdən Bakı-Tehran aviareysinin həyata keçirilməsi təxirə salınır.

Məlumata əsasən, təyyarə Bakıya yerli vaxtla saat 16:10-da gəlməli və paytaxtdan saat 17:00-da uçmalı idi.

"Aviareysin təxirə salınmasının səbəbləri açıqlanmır", - aeroportdan qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti