...

Azərbaycanın qeyri-neft ÜDM-i 7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 18:17 (UTC +04:00)
2012-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Azərbaycanın qeyri-neft ÜDM-i 7 faiz artıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 3,4 milyard manat və ya ÜDM-in 42,6 faizini təşkil edib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 4,5 faiz azalıb.

Bununla yanaşı, iqtisadiyyatın digər sahələrində nəzərəçarpacaq artım müşahidə edilib.

Turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində əlavə dəyər real ifadədə 17,7 faiz, informasiya və rabitə xidmətlərində 14,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 1,6 faiz artıb.

2012-ci ilin yanvar-fevral ayları ərzində ÜDM-in 60,5 faizi sənaye, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikinti, 6,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsi, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsi, 1,6 faizi informasiya və rabitə xidmətləri, 11,3 faizi isə sosial və digər xidmət sahələrinin payına düşüb.

Xəbər lenti

Xəbər lenti