Azərbaycan, Bakı, 19 mart / Trend müxbir M.Əliyev /
Bu ilin sonunadək Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yol xəttinin yaradılması üçün bütün texniki işlər tam başa çatdırılacaq, gələn ilin birinci yarısında bu marşrut istismara tam hazır olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda İspaniyadan olan istehsalçılarla bu marşrutla hərəkət edəcək yeni qatarların alınması üzrə danışıqlar aparılır.