...

Şəmkirdə qatarın relsdən çıxması ilə yaranan fəsadlar aradan qaldırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 20:17 (UTC +04:00)
Bu gün Şəmkir rayonunda yük qatarının vaqonları relsdən çıxıb.
Şəmkirdə qatarın relsdən çıxması ilə yaranan fəsadlar aradan qaldırılır

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir S.Əliyev/

Bu gün Şəmkir rayonunda yük qatarının vaqonları relsdən çıxıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri yaxın vaxtlarda qəzanın nəticələrini aradan qaldıracaqlar. Bu barədə çərşənbə axşamı QSC-dən Trend-ə bildiriblər.

"Hazırda vaqonların relsdən çıxdığı yerə təmir qatarları gedir. Həmin qatarlar relsdən çıxan 6 vaqonu relsə salacaq", - QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib.

Onun sözlərinə görə, vaqonların aşması və yük itkisi (boksitlər) baş verməyib. Dəmiryol üzrə hərəkət də dayanmayıb.

"Gürcüstan Dəmir Yolu" MMC-nin qatarı boksit yükü ilə Gəncədəki alüminium istehsalı müəssisəsinə gedirmiş.

Hazırda "Azərbaycan Dəmir Yolları"nın komissiyası hadisənin səbəblərini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti