...

Azərbaycan gömrüyü bitkiçilik məhsullarının ixracı üzərində nəzarəti gücləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 15:14 (UTC +04:00)
Azərbaycanın gömrük orqanları ölkədən quru meyvə və digər bitkiçilik məhsullarının ixracı üzərində nəzarəti gücləndirməlidir.
Azərbaycan gömrüyü bitkiçilik məhsullarının ixracı üzərində nəzarəti gücləndirəcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın gömrük orqanları ölkədən quru meyvə və digər bitkiçilik məhsullarının ixracı üzərində nəzarəti gücləndirməlidir. Bu barədə cümə günü Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Bəhmən Hüseynov bildirib.

"Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən aşkar olunmuş faktlarla əlaqədar biz ixrac edilən ərzaq məhsulları, o cümlədən əl yükü üzərində nəzarətin gücləndirilməsi üzrə Azərbaycan Dövlət Gömrük Komitəsinə rəsmən müraciət etmişik", - Hüseynov deyib.

Rusiya Kənd Təsərrüfatı Nəzarəti Xidmətinin məlumatına əsasən, son vaxtlar karantin altında olan məhsulların ixracına cəhdlər artıb. 2011-ci ildən bu günə qədər Azərbaycandan karantin altındakı bitkiçilk məhsullarının tədarükü zamanı Rusiya üçün karantin obyektlərinin aşkarlanması ilə bağlı 9, Özbəskistandan 130, Tacikistandan isə 228 hadisə qeydə alınıb. Keyfiyyətsiz məhsul nümunələri həm məhsulların mal partiyasında, həm də sərnişinlərin əl yükündə aşkarlanıb.

"Məlumatımıza əsasən, keyfiyyətsiz paxla məhsullarının (noxud) ixracı ilə bağlı 9 fakt Rusiyanın üç bölgəsinə - Tümen, Rostov və Xantı-Mansiysk muxtar dairəsinə gedən bəzi şəxslərin əl yekendə az miqdarda aşkarlanıb. Bunlar şəxsi istifadə üçün nəzərdə tutulan kiçik həcmlər olub", - Hüseynov deyib.

Keyfiyyətsiz malın minimum çəkisi 560 qram, maksimum çəkisi isə 4,7 kiloqram təşkil edib.

"Bu gün Azərbaycandan Rusiyaya quru meyvə və digər bitkiçilk məhsullarının tədarükünə qadağa qoyulması məsələsi gündəmdə deyil. Belə ki, biz hətta Rusiya tərəfindən bu məsələ üzrə rəsmi müraciət almamışıq, - Hüseynov vurğulayıb. - Azərbaycana aid isə tək-tək hadisələr aşkarlanıb ki, bunlar da kiçik partiyalarda olub. Halbuki, məsələn Özbəkistan və Tacikistan üzrə çox sayda hadisələr qeydə alınıb".

Azərbaycan Dövlət Fitosanitar Nəzarəti Xidmətində qeyd ediblər ki, çəkisindən asılı olmayaraq bitkiçilik məhsulları üzrə keyfiyyət sertifikatının təqdim edilməsini tələb edən ölkələrdə (məsələn, ABŞ - bu ölkəyə iki alma belə aparmaq olmaz) məhsulları laboratoriya analizinə hətta vətəndaşlar da təqdim edə bilərlər. Belə olan halda, RF-yə tədarük zamanı məhsulların kiçik partiyasına, xüsusən də əl yükündə çıxarılan məhsullara görə belə sertifikatın təqdim edilmə tələbinin olmaması halında, ərzaq məhsulları laboratoriya analizinə gömrük orqanlarının məhsulun keyfiyyəti ilə bağlı şübhəsi yaranacağı zaman aparılır.

Azərbaycan DGK-də hesab edirlər ki, gömrük nəzarətindən keçdikdən sonra məhsulun keyfiyyətinin pisləşməsi tədarük və saxlanma şəraitinə riayət edilməməsi səbəbindən baş verə bilər. Ötən il belə faktlar meşə findıqları (nəmlik səbəbindən) və tütün ilə bağlı hadisələrdə müşahidə edilib, lakin əlavə işlənmədən sonra onların tədarükünə icazə verilib.

Xəbər lenti

Xəbər lenti