...

Beynəlxalq maliyyə institutları Qafqazda biznesə dəstək fondu yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 17:19 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK, Dünya Bankı qrupunun üzvü), Niderland İnkişaf Bankı və Qara dəniz Ticarət və İnkişaf Bankı yeni Qafqaz İnkişaf Fonduna (Caucasus Growth Fund) investisiya qoyacaq.
Beynəlxalq maliyyə institutları Qafqazda biznesə dəstək fondu yaradır

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Axundov/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK, Dünya Bankı qrupunun üzvü), Niderland İnkişaf Bankı və Qara dəniz Ticarət və İnkişaf Bankı yeni Qafqaz İnkişaf Fonduna (Caucasus Growth Fund) investisiya qoyacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü AYİB-in yaydığı məlumatda deyilir.

"Yeni fond SEAF (kiçik sahibkarlığa yardım fondu) fondlarının qlobal meneceri tərəfindən dəstəklənir və idarə edilir. 70 milyon dollar yığılmasının planlaşdırıldığı Qafqaz İnkişaf Bankı ilkin mərhələdə BMK-dan 40 milyon dollar, SEAF-dan isə 2 milyon dollar həcmində maliyyə alacaq", - məlumatda bildirilir.

Bu, Azərbaycan, Gürcüstan və Ermənistanda kiçik və orta müəssisələrin səhmdar kapitalına investisiya qoymaq, habelə onların kreditləşməsi üçün nəzərdə tutulan ilk fonddur.

"Bu əməkdaşlıq sayəsində beynəlxalq maliyyə institutları kiçik və orta biznes sahəsində özəl investisiyaları dəstəkləyir. Bu sahə Qafqaz iqtisadiyyatının əsasıdır və iş yerlərinin açılmasında müstəsna rol oynayır", - məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, fond bir sıra sənaye sahələri, xüsusən, hələ də digər kapital tədarükçüləri tərəfindən kifayət qədər xidmət göstərilməyən istehlak və biznes xidmətləri, aqrar sənaye kompleksi, enerji və pərakəndə ticarət sektorlarına investisiya qoyacaq.

"Bazar iqtisadiyyatına can atan ölkələrdə sahibkarlığın inkişafına yardım AYİB-in strategiyası qarşısında dayanan əsas məsələdir. AYİB-in fəaliyyətinin böyük hissəsi özəl sektorun inkişafına yönəlib. AYİB regionda özəl sektorun və kapitalın inkişafına yardım üçün öz tərəfdaşları - beynəlxalq maliyyə təşkilatları və SEAF ilə qüvvələrini birləşdirməyə görə məmnundur. Bu layihə perspektivli müəssisələrin inkişafına yardım üçün zəruri resursları və bilikləri verəcək", - məlumatda AYİB-in Qafqaz ölkələri, Moldova və Belarus üzrə direktoru Anri Forestye qeyd edib.

Xəbər lenti

Xəbər lenti