...

"Bank of Azerbaijan" "Caspian Money Transfer" pulköçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 16:25 (UTC +04:00)
"Bank of Azerbaijan" ASC "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sisteminə qoşulub. Bu barədə cümə günü Trend-ə bankdan məlumat verilib.
"Bank of Azerbaijan" "Caspian Money Transfer" pulköçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 6 aprel /Trend/

"Bank of Azerbaijan" ASC "Caspian Money Transfer" beynəlxalq pulköçürmə sisteminə qoşulub. Bu barədə cümə günü Trend-ə bankdan məlumat verilib.

"Caspian Money Transfer" sistemi yerli təcili pulköçürmə sistemlərinin içində ən yüksək tələblərə cavab verən bir sistemdir. "Caspian Money Transfer"in geniş yerli şəbəkəsinin olması "Bank of Azerbaijan"ın müştərilərinə Azərbaycanın müxtəlif istiqamətlərinə pul köçürmələrinə imkan verir. Bununla yanaşı, bu sistem Türkiyəyə pulköçürmə əməliyyatlarında daha əlverişlidir.

Bütövlükdə, "Caspian Money Transfer" fiziki şəxslərə Azərbaycandan kənara və əksinə, həmçinin MDB ölkələrinin bankları arasında, Baltik ölkələri ilə, yaxın və uzaq xaricə pul köçürmələri etməyə şərait yaradır. Sistemə MDB ölkələrinin ən qabaqcıl bankları qoşulublar.

Bununla yanaşı, "Bank of Azerbaijan" vasitəsilə müştərilər "Western Union", "Contact", "Bıstraya Poçta", "Miqom" və "Zolotaya Korona" sistemləri ilə də pul köçürə bilərlər.

"Caspian Money Transfer" vasitəsilə köçürməyə görə minimum komissiya 1,5 faiz təşkil edir. Köçürmənin həyata keçirilməsi 2-3 dəqiqə təşkil edir, alıcıdan komissiyа tutulmur.

Qeyd edək ki, "Bank of Azerbaijan" ASC 1 dekabr 1993-cü ildən fəaliyyət göstərir. Bankın 16 filial, 3 şöbə və 30 ATM-dən ibarət xidmət şəbəkəsi fəaliyyət göstərməkdədir. Bütün filiallarda həm fiziki, həm də hüquqi şəxslərə nəzərdə tutulan müxtəlif növ bank xidmətləri göstərilir.

Xəbər lenti

Xəbər lenti