...

Azərbaycanda biznes ictimaiyyəti ilə Vergilər Məcəlləsinə dəyişikliklər müzakirə olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 15:11 (UTC +04:00)
Azərbaycanın Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi aprelin sonu-mayın əvvəlində Milli Məclisə təqdim ediləcək.
Azərbaycanda biznes ictimaiyyəti ilə Vergilər Məcəlləsinə dəyişikliklər müzakirə olunur (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi aprelin sonu-mayın əvvəlində Milli Məclisə təqdim ediləcək. Bu düzəlişlər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu barədə Azərbaycan və Türkiyə İş Adamları Birliyinin üzvləri (ATİB) ilə görüşdə Azərbaycan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəis müavini Məhiyəddin Namazov bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATİB-in yaydığı məlumatda deyilir.

"Dəyişikliklərin aprel ayı ərzində hökumət tərəfindən müzakirə edilib ayın sonunda, yaxud mayın əvvəllərində Milli Məclisə təqdim olunması gözlənilir", - Namazov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, dəyişikliklərin aşağıdakı sahələri əhatə etməsi nəzərdə tutulub: nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşması, müəyyən vergi dərəcələrinin dəyişməsi, güzəştlər məsələsi, əsas vəsait anlayışı, bir sıra fərdi xidmət formalarının vergiyə cəlb olunması üsulu, əmlak vergisi.

Belə ki, qanun layihəsi hələ də hazırlanma mərhələsindədir. Namazov onun təfərrüatlarını açıqlamaq istəməyib.

Xəbər lenti

Xəbər lenti