...

İsmət Abasov: Rusiyanın bitki məhsullarının əl yükündə daşınmasına qadağa tətbiq etməsi normaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 11:52 (UTC +04:00)
Rusiya tərəfindən bitki məhsullarının əl yükündə və sərnişinlərin baqajında daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi RF-nin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə planları ilə bağlıdır.
İsmət Abasov: Rusiyanın bitki məhsullarının əl yükündə daşınmasına qadağa tətbiq etməsi normaldır

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Rusiya tərəfindən bitki məhsullarının əl yükündə və sərnişinlərin baqajında daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi RF-nin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə planları ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə bildirib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti cari ilin aprelin 16-dan etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin baqajında və əl yükündə bitkiçilik məhsullarının daşınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini elan edib.

"Bu, normal qərardır və Rusiyanın ÜTT-yə daxil olması planları ilə bağlıdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti