...

Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 12:42 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu sistemini birləşdirmək məqsədi daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq.
Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov /

Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu sistemini birləşdirmək məqsədi daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, tikintinin cari ildə başa çatması üçün hazırda Gürcüstan və Türkiyədə tikinti işləri aparılır.

2012-ci ilin sonunadək işçi qatarın buraxılması planlaşdırılır. Gələn ildən isə dəmir yolu tam gücü ilə işləyəcək.

Xəbər lenti

Xəbər lenti